Hüsnü Mübarək yaxın günlərdə azadlığa çıxacaq

Hüsnü Mübarək yaxın günlərdə azadlığa çıxacaq Misir Prokurorluğu onun azad olunması barədə müraciəti təmin edib
Digər ölkələr
13 Mart , 2017 23:35
Hüsnü Mübarək yaxın günlərdə azadlığa çıxacaq
Courtesy İmage

Bakı. 13 mart. REPORT.AZ/ Misirin sabiq prezidenti Hüsnü Mübarək yaxın günlərdə azadlığa çıxacaq.

"Report" xəbər verir ki, bu barədə "DW"-ə Mübarəkin vəkili Fərid əd-Dib məlumat verib.

Vəkilin sözlərinə görə, Misir Prokurorluğu onun azad olunması barədə müraciəti təmin edib.

Fərid əd-Dib qeyd edib ki, həkimlər Qahirə hərbi hospitalında olan 88 yaşlı Mübarəkin səhhətinin onun evə qayıtmasına imkan verdiyini müəyyənləşdirdikdən sonra keçmiş prezident xəstəxanadan buraxılacaq. Vəkil onu da bildirib ki, sabiq prezident xaricə gedə bilməyəcək.

Xatırladaq ki, Mübarəkə qarşı bir neçə cinayət işi onun 2011-ci ildə devrilməsindən sonra qaldırılıb. Kassasiya Məhkəməsi martın əvvəllərində keçmiş prezidentə bəraət verib. 

Son xəbərlər

Orphus sistemi