​Husi qiyamçıları Yəmənin Marib əyalətindən geri çəkilib

​Husi qiyamçıları Yəmənin Marib əyalətindən geri çəkilib Ərəb koalisiyası və Yəmən hökumətinin qoşunları Fərdat Naham rayonunu ələ keçirərək ölkənin paytaxtı Sanaya yaxınlaşıb
Digər ölkələr
6 Oktyabr , 2015 20:58
​Husi qiyamçıları Yəmənin Marib əyalətindən geri çəkilib

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Ənsarullah" Hərəkatının (husilər) qiyamçıları və Yəmənin keçmiş prezidenti Əli Abdulla Salehin tərəfdarları Marib əyalətindən geri çəkiliblər.

"Report"un WAM İnformasiya Agentliyinə istinadən verdiyi xəbərə görə, qiyamçılar çərşənbə axşamı səhər saatlarında Marib əyalətindən geri çəkilib. Eyni zamanda, ərəb koalisiyası və Yəmən hökumətinin qoşunları Fərdat Naham rayonunu ələ keçirərək ölkənin paytaxtı Sanaya yaxınlaşmağa müvəffəq olublar.

Bundan öncə prezident Əbd Rəbbu Mənsur Hadinin tərəfdarları strateji əhəmiyyət kəsb edən Bab əl-Məndəb boğazına nəzərəti ələ keçiriblər. Dünya bazarına neft ixracının böyük hissəsi məhz bu boğaz vasitəsilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi