Yəmənin husi üsyançıları İsrailin cənubunda yerləşən Eylat şəhərində bir sıra hərbi hədəflərə ballistik raketlər atıblar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Sariya məlumat verib.
“Yəmənin Raket Qüvvələri Fələstinin cənubundakı Eylat bölgəsindəki İsrail hərbi obyektlərinə ballistik raketlər atıb”, - Sariyanın “Telegram” kanalında mətnini dərc etdiyi üsyançıların bəyanatında deyilir.