Hüseyn Nakvi Hüseyni: "ABŞ-KXDR sammitinə baxmayaraq, Ruhani Trampla görüşməyəcək"

Hüseyn Nakvi Hüseyni: "ABŞ-KXDR sammitinə baxmayaraq, Ruhani Trampla görüşməyəcək" "KXDR ABŞ hökumətindən gözdə-qulaqda olmalıdır"
Digər ölkələr
12 İyun , 2018 12:38
Hüseyn Nakvi Hüseyni: ABŞ-KXDR sammitinə baxmayaraq, Ruhani Trampla görüşməyəcək
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ "Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında sammit keçirilməsinə baxmayaraq, İran Prezidenti Həsən Ruhaninin amerikalı həmkarı ilə görüşü mümkün deyil və olmayacaq".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsinin nümayəndəsi Hüseyn Nakvi Hüseyni İran parlamentində bildirib.

"ABŞ özü İranla münasibətlərini pozub, onlar nüvə sazişindən çıxıblar və onlar yenidən Tehrana qarşı sanksiyalar tətbiq ediblər... Ona görə də Ruhani və Trampın görüşü barədə In ilə Trampın görüşü kimi danışmağın imkansız, demək olar, inanılmaz olduğunu düşünürəm və belə görüş olmayacaq", - H.N.Hüseyni deyib.

Onun sözlərinə görə, amerikalılar dönüklük nümayiş etdirdiyindən KXDR ABŞ hökumətindən ehtiyatlı olmalıdır.

Son xəbərlər

Orphus sistemi