Humanitar yardımla yüklü 4 təyyarə Yəmənə göndərilib

Humanitar yardımla yüklü 4 təyyarə Yəmənə göndərilib Bakı. 25 noyabr. REPORT.AZ/ BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Yəmənə humanitar yardımla yüklü 4 təyyarə göndərib.
Digər ölkələr
25 Noyabr , 2017 16:17
Humanitar yardımla yüklü 4 təyyarə Yəmənə göndərilib

Bakı. 25 noyabr. REPORT.AZ/ BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Yəmənə humanitar yardımla yüklü 4 təyyarə göndərib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Təyyarənin 2-si BMT tərəfindən, biri uşaqlar üşün 15 ton peyvənd gətirən YUNİSEF tərəfindən, digəri isə BQXK tərəfindən yola salınıb.

BMT-nin humanitar təşkilatlarının rəhbərləri ərəb koalisiyasına Yəmən blokadasını tamamilə ləğv etməyə çağırıb. Bildirilir ki, blokadanın qismən aradan qaldırılması ölkədə humanitar vəziyyətin yaxşılaşdırmayıb. Bu addım aclığa, epidemiyalara və yeni itkilərə gətirib çıxara bilər.

Son xəbərlər

Orphus sistemi