“Pangea”nın prezidenti: "Taliban" Kabilin 50 km-liyindədir"

“Pangea”nın prezidenti: "Taliban" Kabilin 50 km-liyindədir" “Taliban” qruplaşması Əfqanıstanın paytaxtı Kabilin 50 km-liyində olduğu üçün biz çox narahatıq”.
Digər ölkələr
13 Avqust , 2021 15:16
“Pangea”nın prezidenti: Taliban Kabilin 50 km-liyindədir

“Taliban” qruplaşması Əfqanıstanın paytaxtı Kabilin 50 km-liyində olduğu üçün biz çox narahatıq”.

“Report” xəbər verir ki, bunu İtaliyanın Əfqanıstanda fəaliyyət göstərən “Pangea” humanitar təşkilatının prezidenti Luka Lo Presti telefon vasitəsilə “RİA Novosti”yə bildirib.

Onun sözlərinə görə, Kabildə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

“Bu gün səhər kabelləri kəsdilər. Şəhər demək olar ki, işıqsız qalıb, təcrid vəziyyətindədir”, - Lo Presti deyib.

Humanitar təşkilatın başçısı bütün çətinliklərə baxmayaraq, Əfqanıstanda xalqa yardım etmək məqsədilə fəaliyyət göstərdiklərini qeyd edib: “Dünya Əfqanıstandakı hərbi məğlubiyyətin biabırçılığının arxasında gizlənir”.

Son xəbərlər

Orphus sistemi