Nigeriyada silahlıların hücumu zamanı 66 nəfər öldürülüb, yaralılar var

Nigeriyada silahlıların hücumu zamanı 66 nəfər öldürülüb, yaralılar var Bakı. 16 fevral. REPORT.AZ/ Nigeriyada naməlum silahlıların hücumu zamanı onlarla insan həlak olub.
Digər ölkələr
16 Fevral , 2019 04:42
Nigeriyada silahlıların hücumu zamanı 66 nəfər öldürülüb, yaralılar var

Bakı. 16 fevral. REPORT.AZ/ Nigeriyada naməlum silahlıların hücumu zamanı onlarla insan həlak olub.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, naməlum silahlılar ölkənin Maro Gidaİri bölgələrinə hücum ediblər. Hücum zamanı 66 nəfər öldürülüb, xeyli sayda insan yaralanıb.

Vilayətin mətbuat sözçüsü Samuel Aruşan bildirib ki, bölgəyə təhlükəsizlik qüvvələri cəlb edilib, hadisə ilə bağlı araşdırmalara başlanılıb. O, insanları qarşıdurmadan çəkinməyə çağırıb. 

Daha əvvəl Nigeriyanın Zamfara ştatının kəndlərinə silahlı şəxslərin hücumu nəticəsində azı 26 nəfər qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi