"Huawei" ABŞ hökumətini məhkəməyə vermək niyyətindədir

"Huawei" ABŞ hökumətini məhkəməyə vermək niyyətindədir Bakı. 5 mart. REPORT.AZ/ Çinin Huawei korporasiyası Amerika hökumətinin ABŞ federal agentlikləri tərəfindən şirkətin məhsullarından istifadəyə qoyduğu qadağaya etiraz etməyi planlaşdırır.
Digər ölkələr
5 Mart , 2019 05:43
Huawei ABŞ hökumətini məhkəməyə vermək niyyətindədir

Bakı. 5 mart. REPORT.AZ/ Çinin "Huawei" korporasiyası Amerika hökumətinin ABŞ federal agentlikləri tərəfindən şirkətin məhsullarından istifadəyə qoyduğu qadağaya etiraz etməyi planlaşdırır.

"Report" "The New York Times"a istinadən xəbər verir ki, korporasiya bu məqsədlə Texas Şərq dairə məhkəməsində iddia qaldırmaq niyyətindədir.

Nəşrin məlumatına görə, "Huawei"in baş qərargahı orada yerləşir.

Ekspertlər güman edirlər ki, şirkət bu şəkildə Amerika hökumətinin korporasiyaya qarşı açıq çıxışına nail olmaq istəyir.

Son xəbərlər

Orphus sistemi