Yuxarı

Honq Konqda yenidən etiraz aksiyaları başlayıb

Honq Konq sakinləri rəsmi Pekinin 2017-ci il seçkilərində namizədlərin yoxlanılması qərarına qarşı çıxır

Bakı. 2 fevral. REPORT.AZ/ Honq Konqda ötən gün daha bir etiraz aksiyası keçirilib. 

"Report" Amerikanın Səsi-nə istinadən xəbər verir ki, ötən ilin sonunda Çinin bu meqapolisini iflic edən aksiyalardan sonra ilk dəfədir ki, keçirilən nümayiş minlərlə polis işçisinin müşahidəsi altında təşkil edilib. Aksiya zamanı heç bir qarşıdurma və ya həbs faktı qeydə alınmayıb.

Aksiya iştirakçıları Honq Konqun icra hakimiyyətinin başçısı Leunq Çan Yingin istefasını və Pekinin 2017-ci il seçkilərinə namizədlərin yoxlanılması qərarının ləğvini tələb edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi