Honq Konqdakı kütləvi etirazların təşkilatçıları MTR dəmir yolu operatoruna məxsus stansiyalarda və ticarət mərkəzlərində aksiyalar keçirmək qərarına gəliblər.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bununla bağlı şəhərin hələlik normal rejimdə fəaliyyət göstərən hava limanında və ətrafında təhlükəsizlik tədbirləri artırılıb.
Belə ki, hava limanına gedən avtobuslarda və qatarlarda yoxlamalar keçirilir, bütün şübhəli şəxslər geri qaytarılır. Sentyabrın 1-də hava limanı yaxınlığındakı ciddi dağıntılar törədilmiş “Tung Chung” metro stansiyasında da polis yerləşdirilib, həmin xətdə qatarların intervalı 15 dəqiqəyədək artırılıb.