Yuxarı

Honq Konq küçələrdən barrikadalar qaldırıb

Polis qüvvələr şəhərin Monq Kok rayonundakı nəqliyyata bütün maneələri aradan qaldırıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Honq Konq rəsmiləri etirazçıların qurduğu barrikadaları küçələrdən yığışdırıb.

Polis qüvvələr şəhərin Monq Kok rayonundakı nəqliyyata bütün maneələri aradan qaldırıb.

Nümayişçilər polislərin qarşısını almağa cəhd göstərməyib, lakin daha sonra polisə mane olmağa çalışan bəzi nümayişçilər həbs edilib.

Hərəkatın liderləri bildirib ki, onlar gələn ay nümayişləri qeyri-qanuni adlandıran hökumət rəsmilərinə təslim olmağı planlaşdırırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi