Honkonqda turistlərə robot xidmət göstərir

Honkonqda turistlərə robot xidmət göstərir Honkonqda hotelə gələn qonaqlarla əlaqəni minimuma endirmək üçün robot xidmət göstərməyə başlayıb.
Digər ölkələr
12 Aprel , 2020 15:21
Honkonqda turistlərə robot xidmət göstərir

Honkonqda hotelə gələn qonaqlarla əlaqəni minimuma endirmək üçün robot xidmət göstərməyə başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “ATOR” nəşri məlumat yayıb.

Belə ki, “L-hotel Group” hotellər şəbəkəsində yeni robot işçi fəaliyyətə başlayıb. Süni intellektə sahib olan “Genie” adlı robot 432 otaqdan ibarət hoteldə xidmət edir.

Qonaqlara, o cümlədən karantində olanlara yemək çatdırır. O, gün ərzində 130-150 sifariş yerinə yetirir.

Sifarişləri robot üçün insanlar hazırlayır və onun içindəki konteynerə yükləyirlər. Daha sonra sifariş verilən otağın nömrəsi daxil edilir. Bundan sonra robot özü hərəkət edir: lifti çağırır, düzgün otağı tapır, gəlişi ilə bağlı qonağı xəbərdar edir və sifariş alana qədər gözləyir.

Hər sifarişi yerinə yetirdikdən sonra robot dezinfeksiya edilir.

Honkonqda turizm sənayesi bərpa edildiyi üçün robotdan daha ikisi alınacaq. Qeyd olunub ki, robotların hər birinin dəyəri 100 min ABŞ dollarından çoxdur.

Son xəbərlər

Orphus sistemi