Yuxarı

Honkonqda toqquşmalar nəticəsində 40 nəfər xəsarət alıb

Minlərlə etirazçı biznes mərkəzini mühasirəyə alaraq, oturaq tətil keçiriblər

Bakı. 29 sentyabr. REPORT.AZ/ Honkonqda şəhər əhalisi və polis arasında baş verən toqquşmalar nəticəsində 40 nəfər xəsarət alıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, iğtişaşlar müxalifətyönümlü vətəndaşların şəhər administrasiyası başçısının birbaşa seçkilər vasitəsilə seçilməsini tələb etmələri səbəbindən yaranıb. Hazırda şəhər rəhbərliyi Pekinin tabeliyində olan seçicilər kollegiyası tərəfindən təyin olunur. 

Bazar günü minlərlə etirazçı inzibati binaların yerləşdiyi biznes mərkəzini mühasirəyə alaraq, oturaq tətil keçiriblər.

Həmin etiraz aksiyası seçki siyasətinin demokratikləşməsini tələb edən "Occupy Central" hərəkatı tərəfindən təşkil olunub. Çin artıq ölkədə şəkillərin Instagram-a və "Occupy Central"ın "Twitter"ə haştaq çıxışını bağlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi