Honkonqda kimyəvi zavodda qəza baş verib

Honkonqda kimyəvi zavodda qəza baş verib Honkonqda kimyəvi tullantı emalı zavodunda baş verən çökmə nəticəsində azı 10 nəfər xəsarət alıb.
Digər ölkələr
14 İyun , 2020 10:06
Honkonqda kimyəvi zavodda qəza baş verib

Honkonqda kimyəvi tullantı emalı zavodunda baş verən çökmə nəticəsində azı 10 nəfər xəsarət alıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Hadisə, 1993-cü ildən bəri Çinyi adasında fəaliyyət göstərən və ildə 100 min tona qədər kimyəvi tullantı emal etmək iqtidarında olan müəssisədə baş verib.

Hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altında qalan dörd nəfəri xilas ediblər. Xəsarət alan iki nəfərin vəziyyəti ağırdır.

Müəssisənin həm maddi, həm də ekoloji ziyanı qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi