Honkonqda iki avtobusun toqquşması nəticəsində 80-ə yaxın insan xəsarət alıb - YENİLƏNİB

Honkonqda iki avtobusun toqquşması nəticəsində 80-ə yaxın insan xəsarət alıb - YENİLƏNİB Honkonqda iki avtobusun toqquşması nəticəsində xəsarət alanların sayı 77 nəfərə çatıb.
Digər ölkələr
30 İyul , 2019 08:08
Honkonqda iki avtobusun toqquşması nəticəsində 80-ə yaxın insan xəsarət alıb - YENİLƏNİB

Honkonqda iki avtobusun toqquşması nəticəsində xəsarət alanların sayı 77 nəfərə çatıb. 

"Report" xəbər verir ki, bu barədə RTHK radiostansiyası məlumat yayıb. 

Bildirilir ki, qəzaya səbəb tunelin yaxınlığında iki ikitmərtəbəli avtobusun toqquşması olub. 

Hadisə yerinə 15 yanğınsöndürmə briqadası və 25 təcili yardım maşını gəlib.

Qəzanın səbəbləri hələlik məlum deyil.


07:01

Honkonqda ikimərtəbəli avtobusun qəzaya uğraması nəticəsində 70 nəfərdən çox insan xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə RTHK radiostansiyası məlumat yayıb. 

Hadisə şəhərin mərkəzi hissəsində, "Tay Lam" dağ tunelinin çıxışında baş verib. 

Hadisə yerinə həkimlər və xilasedicilər gəlib.

Son xəbərlər

Orphus sistemi