Honkonqun "Yuanlan" metrostansiyasında etiraz aksiyası iştirakçıları ilə polis arasında baş vermiş toqquşmalar zamanı 9 nəfər xəsarət alıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti yazıb.
Bildirilir ki, toqquşmalar şənbə günü axşam baş verib. İcazəsiz etiraz aksiyasında 288 min insan iştirak edib. Xəsarət alanlar arasında polis əməkdaşlarının olub-olmaması məlum deyil.
Aksiya iştirakçıları bu dəfə təkcə ekstradisiya qanununa qarşı deyil, həm də cinayətkar qrupların hücumlarına qarşı çıxış ediblər.