Honkonqda Dünya Ticarət Mərkəzinin binası yanır

Honkonqda Dünya Ticarət Mərkəzinin binası yanır Honkonqdakı Dünya Ticarət Mərkəzinin (World Trade Center) binasında günorta saatlarında yanğın baş verib.
Digər ölkələr
15 dekabr 2021 08:46
Honkonqda Dünya Ticarət Mərkəzinin binası yanır

Honkonqdakı Dünya Ticarət Mərkəzinin (World Trade Center) binasında günorta saatlarında yanğın baş verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 38 mərtəbəli binanın elektrik açarı otağından başlayan yanğın nəticəsində 12 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Binadan 160-dək insan təxliyyə olunub, daha 350-dək şəxs binanın damına çıxıb.

Hadisə yerinə yanğın xidmətinin iki dəstəsi cəlb olunub.

Son xəbərlər

Orphus sistemi