Honkonqda 3,9 mln. dollar dəyərində marixuana müsadirə olunub

Honkonqda 3,9 mln. dollar dəyərində marixuana müsadirə olunub Bu, son 10 ildə götürülən ən böyük narkotik partiyasıdır
Digər ölkələr
8 Aprel , 2017 07:16
Honkonqda 3,9 mln. dollar dəyərində marixuana müsadirə olunub

Bakı. 8 aprel. REPORT.AZ/ Çinin xüsusi inzibati rayonu olan Honkonqda polis son 10 ildə ən böyük narkotik partiyasını müsadirə edib. Götürülən marixuananın dəyəri 3,86 milyon ABŞ dolları məbləğində qiymətləndirilir.

"Report" xəbər verir ki, bu barədə yerli RTHK radiostansiyası məlumat yayıb.

Bildirilir ki, polis narkotiklə yanaşı onun becərilməsi üçün nəzərdə tutulan avadanlığı da müsadirə edib. Əməliyyat zamanı 4 nəfər həbs olunub.

Son xəbərlər

Orphus sistemi