Honkonq polisi parlament binasını aksiyaçılardan azad edib.
“Report” xəbər verir ki, bu barədə
Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bütün aksiyaçıları binadan çıxarıblar. Bundan sonar etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edilib.
Qeyd edək ki, iyunun 15-də Honkonq hakimiyyəti ekstradisiya haqqında qanun layihəsinə baxılmasını dayandırıb. Bu, ölkədə kütləvi etirazlara səbəb olub.
Ötən gün etirazçılar qanunverici orqanın binasına soxulublar. Dünən Honkonq parlamenti tarixdə ilk dəfə evakuasiya edilib.






