Honkonqda 300-dən artıq etirazçı saxlanılıb - YENİLƏNİB

Honkonqda 300-dən artıq etirazçı saxlanılıb - YENİLƏNİB Çinin xüsusi bölgəsi statusunu daşıyan Honkonqda polis icazəsiz keçirilən etiraz aksiyasının 300-dən artıq iştirakçısını saxlayıb.
Digər ölkələr
144
27 May , 2020 16:18
Honkonqda 300-dən artıq etirazçı saxlanılıb - YENİLƏNİB
0 : 00
0 : 00

Çinin xüsusi bölgəsi statusunu daşıyan Honkonqda polis icazəsiz keçirilən etiraz aksiyasının 300-dən artıq iştirakçısını saxlayıb.

“Report” SCMP-yə istinadən xəbər verir ki, bu gün Honkonqun Qanunçuluq Məclisində Çinin Dövlət himni olan “Könüllülər marşı”na hörmətsizlik üçün cinayət məsuliyyətini təsbit edən Milli Marş Qanunu layihəsi ikinci oxunuşda müzakirə olunur.

Yekun səsverməni ənənəvi olaraq 1989-cu il Tiananmen hadisələrinin qurbanlarının yad edildiyi 4 iyun tarixində keçirmək nəzərdə tutulur.

Nümayişlərin həmçinin Çin hökumətinin təqdim etdiyi Milli Təhlükəsizlik Qanunu layihəsinə qarşı yönəldiyi bildirilir.


***11:38

Honkonq polisi şəhər mərkəzində toplaşan nümayişçiləri dağıtmaq üçün bibər qazı tətbiq edib.

“Report” RTHK-ya istinadən xəbər verir ki, şəhərin işgüzar bölgəsində nahar fasiləsi zamanı küçəyə çıxan yüzlərlə ofis işçisi Çinin milli marşına ehtiram göstərilməsi və təhlükəsizliklə bağlı qəbul edilən qanunlara etiraz edərək hakimiyyəti qınayan şüarlar səsləndiriblər.

Polis də onlara qarşı minimum səviyyədə güc tətbiq etdiklərini bildirib.

Bu gün Çinin Dövlət himninə ehtiramla bağlı qanun layihəsinin müzakirəsi başlayan Honkonq Qanunçuluq Məclisi və başqa rəsmi binalar ətrafında polis xüsusi təhlükəsizlik tədbirləri görüb. 3 minədək polis əməkdaşı nümayişçilərin həmin bölgəyə keçmək cəhdlərinin qarşısını alır. İndiyədək 16 nəfər saxlanılıb, bəzilərindən molotov kokteyli aşkar edilərək götürülüb.

Qeyd edək ki, ötən gün bir sıra tələbə hərəkatları onlayn forumlar vasitəsilə əhalini etiraz aksiyalarına çıxmağa çağırıblar.

Orphus sistemi