Honkonq polisi etirazçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib

Honkonq polisi etirazçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib Honkonqun Sentral və Admiralti rayonlarında polislər su şırnaqları ilə etirazçıları dağıtmağa çalışır.
Digər ölkələr
31 Avqust , 2019 15:56
Honkonq polisi etirazçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib
Reuters

Honkonqun Sentral və Admiralti rayonlarında polislər su şırnaqları ilə etirazçıları dağıtmağa çalışır.

Bu barədə "Report" RTHK teleradio korporasiyasına istinadən xəbər verir.

Polis həmçinin Admiralti rayonunda və qanunverici məclisin qarşısında etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan da istifadə edib.

Qeyd edək ki, polis Honkonqda şənbə günü nümayiş keçirilməsi tələbini rədd etdikdən sonra təşkilatçılar nümayişi ləğv edib. Ancaq yenə də çox sayda insan küçələrə çıxıb.

Xatırladaq ki, Honkonqda ekstradisiya qanununa baxılması ilə bağlı yaranan kütləvi etirazlar iyun ayının əvvəlindən keçirilir.

Son xəbərlər

Orphus sistemi