Honkonq metrosunda baş verən yanğında 11 nəfər xəsarət alıb

Honkonq metrosunda baş verən yanğında 11 nəfər xəsarət alıb Naməlum şəxs "Molotov kokteyli"ni yandırmağa cəhd edib, nəticədə vaqonda yanğın başlayıb
Digər ölkələr
10 Fevral , 2017 17:59
Honkonq metrosunda baş verən yanğında 11 nəfər xəsarət alıb

Bakı. 10 fevral. REPORT.AZ/ Honkonq metrosunda baş verən yanğın zamanı 11 nəfər xəsarət alıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə Koulun yarımadasında yerləşən "Çim Şa Tsuy" stansiyası ərazisində meydana gəlib.

Polisdəki mənbənin sözlərinə görə, naməlum şəxs "Molotov kokteyli"ni yandırmağa cəhd edib, nəticədə vaqonda yanğın başlayıb.

Hələlik hadisənin təfərrüatları barədə məlumat verilmir. Hadisə yerinə tibbi heyət gəlib. Stansiya polis tərəfindən mühasirəyə alınıb.

Son xəbərlər

Orphus sistemi