​Honkonq hökumətinin keçmiş başçısı korrupsiyada ittiham olunur

​Honkonq hökumətinin keçmiş başçısı korrupsiyada ittiham olunur Onun sabiq müavini Rafael Sü 7,5 il azadlıqdan məhrum edilib
Digər ölkələr
5 Oktyabr , 2015 10:35
​Honkonq hökumətinin keçmiş başçısı korrupsiyada ittiham olunur

Bakı. 5 oktyabr. REPORT.AZ/ Honkonq hökumətinin keçmiş başçısı Donald Tsanq korrupsiya işi üzrə məhkəməyə çağırılıb.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

"Son 3,5 ildə Korrpusiyaya qarşı müstəqil mübarizə komissiyası ilə mən həmişə əməkdaşlıq etmişəm. Mənim vicdanım təmizdir. Əminəm ki, məhkəmə işə baxandan sonra mənə bəraət verəcək", - o, vurğulayıb.

2005-2012-ci illərdə hakimiyyətdə olmuş 70 yaşlı siyasətçi xaricdə dincəlmək və şəxsi səfərləri üçün milyarder dostlarının təyyarələrindən və yaxtalarından istifadə etməkdə ittiham olunur. Bundan başqa, o, çinli milyarderin güzəştli şərtlərlə icarəyə verdiyi təmtəraqlı binadan istifadə etməkdə də günahkar bilinir.

Bu faktlar 2012-ci ildə açıqlanıb və qalmaqala çevrilib. Bundan sonra müstəqil komissiya keçmiş başçıya qarşı cinayət işi açmağa məcbur olub.

O, təyyarə və yaxtalardan bazar qiymətinə bilet alaraq, istifadə etdiyini bildirib. Donald Tsanq vəzifə səlahiyyətlərindən şəxsi məqsədi üçün istifadə etmədiyini də vurğulayıb.

Bu, Honkonq hakimiyyətinə qarşı irəli sürülən ilk iddia deyil. Cari il Honkonqun Ali Məhkəməsi Tsanqın keçmiş müavini Rafael Süyu (2005-2007-ci illərdə) 7,5 il azadlıqdan məhrum edib. O da korrupsiyada ittiham olunub.

Son xəbərlər

Orphus sistemi