Hondurasda təyyarə qəzası baş verib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə Roatan adasında qeydə alınıb.
Qəza zamanı pilot da daxil olmaqla, 6 nəfər həlak olub. Qeyd edilir ki, onlardan 5-i turistlərdir.
Agentliyin məlumatına görə, ölənlərin hansı ölkənin vətəndaşları olması məlum deyil. Bununla belə, Hondurasın silahlı qüvvələrinin nümayəndəsi həlak olanlardan 4-nün ABŞ vətəndaşları, turist olduqlarını bildirib. Eyni zamanda yerli hakimiyyət orqanları ölənlərin Kanada vətəndaşları olduqlarını bildiriblər.
Qəza zamanı həlak olan 5-ci şəxsin hansı ölkənin vətəndaşı olması məlum deyil.
Qeyd edilir ki, təyyarə səmaya qalxdıqdan az sonra dənizə düşüb. Qəzanın başvermə səbəbi məlum deyil.