Hondurasda naməlum şəxslər 4 nəfəri qətlə yetiriblər

Hondurasda naməlum şəxslər 4 nəfəri qətlə yetiriblər Hondurasın paytaxtı Tequsiqalpada baş verən silahlı basqın nəticəsində keçmiş prezident Porfirio Lobonun oğlu da daxil olmaqla 4 nəfər öldürülüb.
Digər ölkələr
15 iyul 2022 04:06
Hondurasda naməlum şəxslər 4 nəfəri qətlə yetiriblər

Hondurasın paytaxtı Tequsiqalpada baş verən silahlı basqın nəticəsində keçmiş prezident Porfirio Lobonun oğlu da daxil olmaqla 4 nəfər öldürülüb.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı "La Prensa" qəzeti məlumat yayıb.

Qətl gecə klublarından birinin yanında törədilib. Naməlum şəxslər gənclərin olduğu avtomobili saxlayaraq onları nəqliyyat vasitəsindən düşürüblər, daha sonra onlara atəş açıblar. Qətliamın mümkün motivləri barədə məlumat açıqlanmayıb.

Xatırladaq ki, Lobo 2010-2014-cü illərdə Mərkəzi Amerika Respublikasına rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi