Hondurasda iğtişaşlar zamanı 8 nəfər həlak olub

Hondurasda iğtişaşlar zamanı 8 nəfər həlak olub Eyni zamanda daha 20 nəfər xəsarət alıb
Digər ölkələr
3 Dekabr , 2017 00:26
Hondurasda iğtişaşlar zamanı 8 nəfər həlak olub

Bakı. 3 dekabr. REPORT.AZ/ Hondurasda keçirilmiş prezident seçkilərinin yekun nəticələrinin olmaması səbəbindən baş verən iğtişaşlar nəticəsində 8 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə "El Mundo" nəşri məlumat yayıb.

Bildirilir ki, iğtişaşlar zamanı daha 20 nəfər də xəsarət alıb

Bundan əvvəl 12 nəfərin xəsarət aldığı qeyd olunurdu.

Ali Seçki Məhkəməsinin son məlumatlarına görə, bülletenlərin 94,33 faizinin hesablanmasından sonra hazırkı prezident Xuan Orlando Ernandes 42,92 faiz səslə liderlik edir. Onun müxalifətdən olan rəqibi Salvador Nasralla hələ ki, səslərin 41,42 faizini toplayıb. Namizədə qələbə üçün sadə səs çoxluğu lazımdır.

Son xəbərlər

Orphus sistemi