Homsda terror aktı nəticəsində 22 nəfər ölüb

Homsda terror aktı nəticəsində 22 nəfər ölüb 70-dən çox adam yaralanıb və xəstəxanaya çatdırılıb
Digər ölkələr
12 Dekabr , 2015 18:48
Homsda terror aktı nəticəsində 22 nəfər ölüb

Bakı. 12 dekabr. REPORT.AZ/ Suriyanın Homs şəhərində bu gün baş verən iki partlayış nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "Əl-Əhli" xəstəxanasının yanında törədilmiş terror aktı zamanı 70-dən çox adam yaralanıb və xəstəxanaya çatdırılıb.

Xəstəxanadakı mənbənin məlumatlarına görə, təkcə elə adıçəkilən səhiyyə müəssisəsində 70 yaralı və xəsarət alan var. Yaralıların bir hissəsi isə başqa xəstəxanalara aparılıb. 

Son xəbərlər

Orphus sistemi