Homsda iki partlayış olub: 6 ölü, 28 yaralı

Homsda iki partlayış olub: 6 ölü, 28 yaralı Partlayışlar əl-Muhram əl-Fukani şəhərində baş verib
Digər ölkələr
5 May , 2016 13:19
Homsda iki partlayış olub: 6 ölü, 28 yaralı

Bakı. 5 may. REPORT.AZ/Suriya Homs əyalətinin şərqində iki partlayış törədilib. "Report" SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə əyalətin qubernatoru Talal Əl-Barazi məlumat verib.

Onun sözlərinə görə, partlayışlar nəticəsində 6 nəfər ölüb, 28 nəfər yaralanıb.

Əyalət rəhbəri bildirib ki, partlayışlar əl-Muhram əl-Fukani şəhərində baş verib. Bir avtomobil və bir motosikl partladılıb.

Son xəbərlər

Orphus sistemi