Hollivudda polislər kəsici alətlə silahlanmış şəxsi güllələyiblər

Hollivudda polislər kəsici alətlə silahlanmış şəxsi güllələyiblər Hollivudda polislər kəsici alətlə silahlanmış şəxsi güllələyiblər.
Digər ölkələr
26 Noyabr , 2019 05:42
Hollivudda polislər kəsici alətlə silahlanmış şəxsi güllələyiblər

Hollivudda polislər kəsici alətlə silahlanmış şəxsi güllələyiblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Los-Ancelesin Polis Departamentinin mətbuat xidmətinin nümayəndəsi leytenant Kris Ramires bildirib.

Bildirilir ki, şübhəli şəxs avtomobillərin ehtiyat hissələri satılan mağazanı qarət edib, sonra avtomobil oğurlayıb. O, bundan sonra polisdən gizlənməyə çalışıb, ancaq buna müvəffəq olmayıb. Kəsici alətlə silahlanmış kişi gizlənməyə çalışsa da, polis əməkdaşları ona atəş açıblar.

Polisin nümayəndəsinin sözlərinə görə, hadisə zamanı cinayətkarın əlində 30 santimetrlik dəhrə olub. Onu yaxalamağa çalışan polislərdən biri əməliyyat zamanı xəsarət alıb. Asayiş keşikçisinin xəsarətinin yüngül olduöu bildirilir.

Əməliyyat zamanı cinayətkar da güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilsə də, orada ölüb. 

Son xəbərlər

Orphus sistemi