Hollandiyanın Türkiyədəki diplomatik nümayəndəliklərinə giriş-çıxış bağlanıb

Hollandiyanın Türkiyədəki diplomatik nümayəndəliklərinə giriş-çıxış bağlanıb Bu addım təhlükəsizlik məqsədi ilə atılıb
Digər ölkələr
12 Mart , 2017 00:42
Hollandiyanın Türkiyədəki diplomatik nümayəndəliklərinə giriş-çıxış bağlanıb

Bakı. 12 mart. REPORT.AZ/ Türkiyə polisi Niderlandın ölkə ərazisindəki diplomatik nümayəndəliklərinə giriş və çıxışı bağlayıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi məlumat verib.

"Təhlükəsizlik məqsədi ilə Hollandiyanın Ankaradakı səfirliyi və İstanbuldakı Baş konsulluğuna giriş və çıxış bağlanıb", - deyə XİN rəsmisi qeyd edib.

Bu addım Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun göyərtəsində olduğu təyyarənin Niderlandın Rotterdam şəhərində eniş etməsinə icazə verilməməsinə cavab olaraq atıla bilər.

Son xəbərlər

Orphus sistemi