Hollandiyanın əsas aeroportunda mümkün terror hücumu səbəbilə təhlükəsizlik tədbirləri gücləndirilib

Hollandiyanın əsas aeroportunda mümkün terror hücumu səbəbilə təhlükəsizlik tədbirləri gücləndirilib Hazırda konkret hansı təhlükədən söhbət getdiyi barədə məlumat verilmir
Digər ölkələr
30 İyul , 2016 14:51
Hollandiyanın əsas aeroportunda mümkün terror hücumu səbəbilə təhlükəsizlik tədbirləri gücləndirilib

Bakı. 30 iyul. REPORT.AZ/ Hollandiyanın əsas aeroportu olan "Sxiphol"un rəhbərliyi yaranmış terror təhdidi səbəbilə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə qərar verib.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, bu barədə hava limanının yerləşdiyi Harlemmermer şəhərinin bələdiyyəsinin rəsmi saytında məlumat verilib.

"Şəhər meri, prokurorluq nümayəndələri, Kral Hərbi Polisinin rəisi və terrorla mübarizə və təhlükəsizlik üzrə milli koordinator ilə görüş zamanı Amsterdamın "Sxiphol" aeroportu ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair qərar qəbul edilib", - məlumatın mətnində deyilir.

Hazırda konkret hansı təhlükədən söhbət getdiyi barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi