Yuxarı
    Bağlamaq

    Hollandiyalı jurnalist İŞİD snayperçisi tərəfindən qətlə yetirilib

    O, Liviyada hərbi əməliyyatları işıqlandıran zaman öldürülüb

    Bakı. 2 oktyabr. REPORT.AZ/ Hollandiyalı jurnalist bazar günü Liviyanın Sirt şəhərində həlak olub.

    "Report" "Franc-Press"ə istinadən xəbər verir ki, jurnalist hökumət qüvvələri ilə milli birlik hökuməti qüvvələri arasında gedən döyüşləri işıqlandırarkən öldürülüb.

    "Holland jurnalist Sirtdə hərbi əməliyyatları işıqlandıran zaman İŞİD snayperinin açdığı atəş nəticəsində sinəsindən yaralanaraq ölüb", - deyə agentlik Misurat mərkəzi hospitalının nümayəndəsinin sözlərini sitat gətirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi