Bakı. 8 mart. REPORT.AZ/ Hollandiyada ötən axşam üç türk qətlə yetirilib.
"Report"un TRT-yə istinadən verdiyi xəbərə görə, cinayət hadisəsi Etenlur şəhərində qeydə alınıb.
Ölənlərin eyni ailənin üzvləri olduğunu qeyd edən polis əməkdaşları, qətlə yetirilənlərdən ikisinin kişi, birisinin isə 9 yaşındaki bir qız uşağı olduğuna diqqət çəkiblər.
Hadisə ilə bağlı araşdırma aparılır.