Yuxarı

Hollandiyada Aİ-Ukrayna sazişi üzrə referendum keçirilir

Referendumun yekun nəticələri aprelin 12-də elan olunacaq

Bakı. 6 aprel. REPORT.AZ/ Hollandiyada məşvərətçi referendum keçirilir.

"Report" xəbər verir ki, seçki iştirakçıları Avropa İttifaqı ilə Ukrayna arasında bağlanmış sazişin ratifikasiya edilib-edilməməsinə qərar verəcək. Seçki qanunvericiliyinə görə, referendum yalnız seçicilərin ən azı 30%-nin iştirak edəcəyi təqdirdə baş tutmuş sayılacaq.

Referendumun yekun nəticələri aprelin 12-də elan olunacaq.

Referendumun nəticələri yalnız tövsiyə xarakterli olacaq. Belə ki, sazişi ləğv etmək səlahiyyəti yalnız Avropa Şurasındadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi