Hollandiya sakinləri Aİ-Ukrayna tərəfdaşlığının əleyhinə səs verib

Hollandiya sakinləri Aİ-Ukrayna tərəfdaşlığının əleyhinə səs verib Seçki məntəqələrinə gələnlərin 61,1%-i birliyin əlehinə, 38,1%-i isə leyhinə səs verib
Digər ölkələr
7 Aprel , 2016 08:54
Hollandiya sakinləri Aİ-Ukrayna tərəfdaşlığının əleyhinə səs verib

Bakı. 7 aprel. REPORT.AZ/ Hollandiyada Avropa İttifaqı ilə Ukrayna arasında bağlanmış sazişin ratifikasiyasıyla bağlı məşvərətçi referendum keçirilib. "Report" Hollandiyanın NOS nəşrinə istinadən xəbər verir ki, səslərin hesablanması zamanı əldə edilən ilkin məlumatlara görə, ölkə vətəndaşlarının böyük əksəriyyəti sazişin tanınmasına qarşı çıxıb.

Belə ki, seçki məntəqələrinə gələnlərin 61,1%-i birliyin əleyhinə, 38,1%-i isə leyhinə səs verib. Seçicilərin 0,8%-i seçki qutularına sadəcə, ağ vərəq salıb. Referendumun baş tutduğunu söyləmək olar. Çünki seçici fəallığı azı 30% olmalı olduğu halda, 32,2% təşkil edib. Səsvermənin rəsmi nəticələri aprelin 12-də elan olunacaq.

Qeyd edək ki, Hollandiyada Aİ ilə Ukraynanın birlik sazişi üzrə referendum aprelin 6-da keçirilib. Onun keçirilməsi 2015-ci ildə yeni qanunvericiliyin qəbulundan sonra mümkün olub. Həmin qanunvericiliyə görə, azı 300 min imza toplayan məsələ haqqında petisiya ümummilli referendumun keçirilməsi üçün sifariş anlamına gəlir. Son referendum səsverməsi "Geenpeil" avroskeptik fəallarının təşəbbüsü ilə gerçəkləşib. Onlar 2015-ci ilin oktyabrında lazımi sayda imza toplayıb.

Hollandiyanın baş naziri Mark Rütte Aİ-Ukrayna sazişinin ratifikasiyasının lehinə çıxsa da, müxalifət qüvvələri buna qarşı çıxıb.

Son xəbərlər

Orphus sistemi