Bakı. 28 yanvar. REPORT.AZ/ Livanın "Hizbullah" təşkilatı Livan-İsrail sərhədi yaxınlığında İsrail hərbi karvanına hücum edib. Nəticədə ən azı 15 İsrail hərbçisi öldürülüb. Bu barədə "Report" "RİA-Novosti"yə istinadən xəbər verir.
"Əl-Məyadin" telekanalının yaydığı xəbərdə deyilir ki, İsrail ordusu buna cavab olaraq Livanın cənubunda yerləşən Şəbaa rayonuna 30-a yaxın artilleriya zərbəsi endirib.
İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib ki, ordu Livan sərhədində baş verən hücuma cavab verib. O, ötənilki müharibə zamanı dağıdılmış Qəzza sektorunu misal çəkərək deyib ki, təcavüzkarı belə aqibət gözləyə bilər.
"Hizbullah" təşkilatının nümayəndələri isə bildiriblər ki, bu hücum hərəkatın 6 üzvünün Suriyada İsrail əsgərləri tərəfindən öldürülməsinə cavab olaraq həyata keçirilib.