Hindistanlılar kütləvi şəkildə böyrəklərinin XİN başçısına köçürülməsini təklif edirlər

Hindistanlılar kütləvi şəkildə böyrəklərinin XİN başçısına köçürülməsini təklif edirlər 54 yaşlı xarici işlər naziri Suşma Svarac xroniki şəkərli diabet xəstəsidir
Digər ölkələr
18 Noyabr , 2016 16:19
Hindistanlılar kütləvi şəkildə böyrəklərinin XİN başçısına köçürülməsini təklif edirlər

Bakı. 18 noyabr. REPORT.AZ/ Hindistanda sosial şəbəkə istifadəçiləri kütləvi şəkildə böyrəklərinin ölkənin xarici işlər naziri Suşma Svaraca köçürülməsini təklif edirlər.

"Report" BBC-yə istinadən xəbər verir ki, hindistanlılar bu addımı XİN başçısının "Twitter"də analiz verdiyini, orqanın transplantasiyasına hazırlaşdığını yazmasından sonra atıblar.

S.Svaraca hər bir istifadəçiyə fərdi qaydada yazmasa da, "Twitter"də bütün dostlarına minnətdar olduğunu bildirib.

Qeyd edək ki, 54 yaşlı xarici işlər naziri xroniki şəkərli diabet xəstəsidir. Xanım nazir noyabrın əvvəllərində xəstəxanaya yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi