Hindistanlı hərbçilər Kəşmirdə yaraqlıların ələ keçirdiyi binaya basqın edib

Hindistanlı hərbçilər Kəşmirdə yaraqlıların ələ keçirdiyi binaya basqın edib Binanı yaraqlıların nəzarətindən qurtarmaq üçün keçirilən əməliyyatda altı nəfər həlak olub
Digər ölkələr
22 Fevral , 2016 13:34
Hindistanlı hərbçilər Kəşmirdə yaraqlıların ələ keçirdiyi binaya basqın edib

Bakı. 22 fevral. REPORT.AZ/ Hindistan təhlükəsizlik qüvvələri Kəşmir ştatında silahlı yaraqlıların ələ keçirdiyi hərbi institutun binasına nəzarəti ələ almaq üçün basqına keçib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, binadan partlayış və aramsız atışma səsləri gəlir.

Xatırladaq ki, şənbə günü silahlı adamlar Şrinaqar şəhərində əvvəlcə hərbi konvoya hücum edib, sonra isə bu dövlət təşkilatını ələ keçirib.

Binanı yaraqlıların nəzarətindən qurtarmaq üçün keçirilən əməliyyatda altı nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi