Yuxarı
    Bağlamaq

    Hindistanın yeni prezidenti səlahiyyətlərinin icrasına başlayıb

    O, aşağı təbəqə sayılan toxunulmazlar kastasından olan ikinci prezidentdir© Ria.ru

    Bakı. 25 iyul. REPORT.AZ/ Hindistanın yeni seçilən prezidenti Ram Natx Kovind iyulun 25-də and içərək səlahiyyətlərinin icrasına başlayıb.

    “Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, o, artıq keçmiş prezident Pranab Kumar Mukerci ilə birlikdə Nyu-Dehlidəki prezident sarayına gedib.

    Qeyd edək ki, seçki iyulun 17-də keçirilib. Hindistanda prezident mərkəzi və regional deputatlardan formalaşan Seçicilər Kollegiyası tərəfindən seçilir. Ram Natx Kovind kollegiya üzvlərinin 65,65 faizinin səsini toplayıb. Onun namizədliyi Hindistan Milli Demokratik Alyansı tərəfindən irəli sürülüb.

    Ram Natx Kovind 1945-ci il oktyabrın 1-də Hindistanın Uttar-Pradeş ştatında toxunulmazlar ("dalitlər") kastasında fermer ailəsində anadan olub.

    R.N.Kovind 1950-ci ildən bəri Hindistanın 14-cü, aşağı təbəqə sayılan toxunulmazlar kastasından olan ikinci prezidentdir.

    R.N.Kovind 16 il ərzində Hindistanın, o cümlədən Dehlinin Ali Məhkəməsində vəkil işləyib və 2015-ci ilin avqustunda Bihar ştatına qubernator təyin edilib.

    Bu təbəqədən olan birinci prezident Koçeril Raman Narayandır. O, 1997-2002-ci illərdə Hindistanın prezidenti olub.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi