Hindistanın yeni prezidenti aşağı kastanın nümayəndəsidir

Hindistanın yeni prezidenti aşağı kastanın nümayəndəsidir Ram Natx Kovind seçicilərin 65% səsini toplayıb
Digər ölkələr
20 İyul , 2017 17:13
Hindistanın yeni prezidenti aşağı kastanın nümayəndəsidir

Bakı. 20 iyul. REPORT.AZ/ Hindistanın yeni prezidenti hakim Hindistan Xalq Partiyasının irəli sürdüyü Ram Natx Kovind olub.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə seçki komissiyasından bildiriblər. O, seçicilərin 65% səsini toplayıb.

R.N.Kovind 1950-ci ildən bəri Hindistanın 14-cü, "toxunmazların" aşağı kastasından - "dalitlərdən" olan ikinci prezidenti olub.

Hazırki Prezident Pranab Mukercinin səlahiyyətləri iyulun 24-də başa çatır, iyulun 25-dən isə bu vəzifəni Ram Natx Kovind tutacaq.

O, 1945-ci il oktyabrın 1-də Hindistanın Birləşmiş əyalətlərində (hazırda Uttar-Pradeş ştatı) "dalitlər" ailəsində anadan olub.

R.N.Kovind 16 il ərzində Dehlinin Ali Məhkəməsi və ölkənin Ali Məhkəməsində vəkil işləyib və 2015-ci ilin avqustunda Bihar ştatına qubernator təyin edilib. 

Son xəbərlər

Orphus sistemi