Yuxarı

Hindistanın şimal-şərqində baş verən yol qəzasında 10-dan çox adam ölüb

İnsanlar dini mərasimdən qayıdırmış

Bakı. 13 fevral. REPORT.AZ/ Hindistanın şimal-şərqindəki Bihar ştatında yol qəzası nəticəsində ən azı 11 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə onları qoşquda gətirən yedəkçinin yük maşını ilə toqquşması nəticəsində baş verib. Yük avtomobili yüksək sürətlə hərəkət etdiyindən yedəkçi qəzadan qaça bilməyib.

Ölənlər arasında 5 qadın və 1 uşaq da var. Ciddi yaralanan iki nəfər isə ştat hospitalına çatdırılıb.

İnsanlar dini mərasimdən qayıdırmış.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi