​Hindistanda bir gecədə 45 nəfər ildırım vurmasından ölüb

​Hindistanda bir gecədə 45 nəfər ildırım vurmasından ölüb Daha 10-dan çox insan xəsarət alıb
Digər ölkələr
22 İyun , 2016 07:10
​Hindistanda bir gecədə 45 nəfər ildırım vurmasından ölüb

Bakı. 22 iyun. REPORT.AZ/ Bu gecə Hindistanın şərqində yerləşən Bihar ştatında ildırım vurması nəticəsində ən azı 45 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə "Air News" nəşri məlumat yayıb.

Qeyd olunur ki, daha 10-dan çox insan xəsarət alıb.

Nəşrin məlumatına görə, ölənlərin sayı arta bilər. Çünki Bihar ştatında ölənlər və leysan yağışların vurduğu ziyan barədə məlumatlar ucqar rayonlardan regional hakimiyyət orqanlarına gec gəlir.

Ölkənin şərqində dolu ilə müşahidə olunan leysan yağışlar yağır. Yaxın bir neçə gündə pis hava şəraiti davam edəcək.

Son xəbərlər

Orphus sistemi