Hindistanın qərbində musson yağışları nəticəsində 11 nəfər ölüb

Hindistanın qərbində musson yağışları nəticəsində 11 nəfər ölüb Hindistanın qərbindəki Maharaştra ştatındakı Puna şəhərində son günlər aramsız olaraq yağan musson yağışları nəticəsində azı 11 nəfər ölüb.
Digər ölkələr
26 Sentyabr , 2019 11:37
Hindistanın qərbində musson yağışları nəticəsində 11 nəfər ölüb

Hindistanın qərbindəki Maharaştra ştatındakı Puna şəhərində son günlər aramsız olaraq yağan musson yağışları nəticəsində azı 11 nəfər ölüb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Ştatın baş naziri Davendra Fadnavisin sözlərinə görə, hakimiyyət hazırda qurbanların sayının daha da artmaması üçün səylər göstərir.

Şivapur bölgəsində palçıq axını bir neçə nəfəri aparıb, onların taleyi hələ bilinmir. Metropolisin digər hissəsində yaşayış binasının divarı çöküb, nəticədə 6 nəfər ölüb. İndi hadisə yerində xilasetmə işləri aparılır, həkimlər dağıntılar altında başqa insanların da qala biləcəyini hesab edir.

Çoxsaylı insidentlərə görə, region səlahiyyətliləri məktəblərin və kolleclərin müvəqqəti bağlanmasına göstəriş verib. Təbii fəlakətdən əziyyət çəkən böyük şəhər və kəndlərin sakinləri daha təhlükəsiz ərazilərə təxliyyə olunur.

Son xəbərlər

Orphus sistemi