Hindistanın Mumbai limanında "Betwa" gəmisi aşıb, 2 nəfər həlak olub

Hindistanın Mumbai limanında "Betwa" gəmisi aşıb, 2 nəfər həlak olub Uzunluğu 126 metr olan gəmi yana aşıb və ciddi zədələnib
Digər ölkələr
5 Dekabr , 2016 21:50
Hindistanın Mumbai limanında Betwa gəmisi aşıb, 2 nəfər həlak olub

Bakı. 5 dekabr. REPORT.AZ/ Hindistanın Mumbai limanında ölkənin Hərbi Dəniz Qüvvələrinə məxsus "Betwa" gəmisinin yana aşması səbəbindən 2 dənizçi həlak olub, daha 14 hərbçi yaralanıb.

"Report"un verdiyi xəbərə görə, məlumatı NDTV telekanalı yayıb.

Bildirilib ki, hadisə gəmi təmirə dayanan zaman baş verib. Uzunluğu 126 metr olan gəmi yana aşıb və ciddi zədələnib.

"Betwa" anti-gəmi raketləri, anti-təyyarə raketləri və torpedalarla təchiz edilib. Bu gəmi vasitəsilə 2 helikopter daşımaq da mümkündür.

Son xəbərlər

Orphus sistemi