Yuxarı
    Bağlamaq

    Hindistanın cənubundakı daşqınlar 150-dən çox adamın ölümünə səbəb olub

    60 minə yaxım adam əmlak və evini itirib

    Bakı. 18 Noyabr. REPORT.AZ/ Hindistanın cənubunda yerləşən Tamilnad ştatında güclü daşqınlar olub. "Report" TASS-a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 150-dən çox adam ölüb, 60 minə yaxım adam əmlak və evini itirib və təhlükəsiz yerə köçürülüb.

    Böyük ərazilərin su altında qalmasına səbəb həftə boyunca yağan leysan yağışlarından sonra çayların səviyyəsinin yüksəlməsi olub. Daha çox zərər çəkən şəhərlərdə bütün təhsil ocaqları bağlanılıb. Bu müddətdə keçirilməli olan imtahanlar qeyri-müəyyən müddətə təxirə salınıb.

    Hökumət əhaliyə təcili yardım göstərilməsi üçün təbii fəlakət zonasına 16 xilasetmə qrupu göndərib.

    Meteoroloqların məlumatına görə, bu regionda ən azı daha iki sutka leysan yağışları yağacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi