​Hindistan Ali Məhkəməsi partlayış haqda xəbərdarlıq edib

​Hindistan Ali Məhkəməsi partlayış haqda xəbərdarlıq edib Ali məhkəmə bu ədliyyə qurumuna təcrübə keçməyə gələnlərin binaya bir ay daxil olmasını yasaqlayıb
Digər ölkələr
18 Avqust , 2015 19:38
​Hindistan Ali Məhkəməsi partlayış haqda xəbərdarlıq edib

Bakı. 18 avqust. REPORT.AZ/ "Yakubu edam etməklə siz böyük səhvə yol vermisiniz. Biz artıq Dehlidəyik və onun qisasını alacağıq".

"Report" TASS-a istinadən xəbər verir ki, bu məzmunda məktub Hindistan Ali Məhkəməsinə göndərilib.

Həmin məktubdan sonra ölkənin ali məhkəməsinin qorunması istiqamətində təhlükəsizlik tədbirləri gücləndirilib.

Polis bildirib ki, iyulun sonunda Hindistan məhkəməsinin qərarı ilə 1993-cü ildə Mumbayda bir neçə partlayışın təşkilində ittiham olunan Yakub Memon edam edildikdən sonra onlara bu sayaq hədələr daxil olmaqdadır.

Ali məhkəmə bu ədliyyə qurumuna təcrübə keçməyə gələnlərin binaya bir ay daxil olmasını qadağan edib.

Son xəbərlər

Orphus sistemi