Havanın isti keçməsinə görə ​Hindistanın 5 ştatında fövqəladə vəziyyət elan olunub

Havanın isti keçməsinə görə ​Hindistanın 5 ştatında fövqəladə vəziyyət elan olunub Ölkənin 256 bölgəsində yaşayan 330 milyon insan içməli su çatışmazlığından əziyyət çəkir
Digər ölkələr
19 May , 2016 10:12
Havanın isti keçməsinə görə ​Hindistanın 5 ştatında fövqəladə vəziyyət elan olunub

Bakı. 19 may. REPORT.AZ/ Hindistanın şimalında yerləşən ştatlarda gündüz saatlarında havanın temperaturu 50,5 dərəcəyə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Hindistanın Meteoroloji Departamenti məlumat yayıb.

Xəbərə görə, isti hava şəraitinə görə ölkənin 5 ştatında fövqəladə vəziyyət elan edilib.

Məlumata əsasən, Hindistanın Racastxan ştatının Pxalodi şəhərində 50,5 dərəcə isti qeydə alınıb. Bu, 1956-cı ildən sonra qeydə alınan ən yüksək temperaturdur. Həmin il əyalətin Alvar şəhərində havanın temperaturu 50,6 dərəcə olub.

Xeyli vaxtdır ki, ölkədə quraqlıq hökm sürür. Hindistanın 256 bölgəsində yaşayan 330 milyon insan içməli su çatışmazlığından əziyyət çəkir. 

Son xəbərlər

Orphus sistemi