Bakı. 12 dekabr. REPORT.AZ/ Hindistanın 5 hərbçisi Cammu və Kəşmirdə qar uçqunundan sonra itkin düşüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.
İnformasiyaya görə, son günlər bölgədə fasiləsiz qar yağıb. Bu da dağlarda qar uçqununa səbəb olub. Nəticdə 3 hərbçi Cammu və Kəşmirin Qurez bölgəsində, ikisi isə Nauqamda itkin düşüb.
Hindistan Meteoroloji Departamentinin proqnozuna əsasən, Cammu və Kəşmirdə hələ bir neçə gün də qar yağacaq. Bu isə hərbçilərin axtarışını çətinləşdirib.