​Hindistanda zəlzələ nəticəsində 1 nəfər ölüb, 50-dən çox insan yaralanıb

​Hindistanda zəlzələ nəticəsində 1 nəfər ölüb, 50-dən çox insan yaralanıb Episentrin düşdüyü Manipur ştatına ciddi ziyan dəyib
Digər ölkələr
4 Yanvar , 2016 06:52
​Hindistanda zəlzələ nəticəsində 1 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Hindistanda baş verən, həmçinin Myanma və Banqladeşdə hiss olunan 6,7 bal gücündə zəlzələ nəticəsində ən azı 1 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Times of İndia" qəzeti öz saytında yazıb.

Yeraltı təkanların episentri Tamenqlonq dairəsinə düşüb. Dairənin yerləşdiyi Manipur ştatına ciddi ziyan dəyib. Ştatın inzibati mərkəzi sayılan İmpxal şəhəri də ziyan çəkib. Orada elektrik naqilləri sıradan çıxıb, telefon rabitəsi kəsilib, onlarla ev dağılıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 03:10 radələrində əməli olaraq Hindistanın bütün şimal-şərq və şimal ştatlarında, eləcə də, Qərbi Benqaliya, Meqxalaya, Naqalend və Arunaçal-Pradeşdə hiss olunub. Orada ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur. Qərbi Benqaliyanın inzibati mərkəzi olan Kalkutte şəhərində bir çox insanlar təşviş içində evlərini tərk ediblər.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin gücü 6,9 bal, ABŞ Geoloji Xidmətinin xəbərinə əsasən isə, 6,8 bal olub.

Son xəbərlər

Orphus sistemi