Hindistanda zavodda partlayış olub: 5 ölü, 11 yaralı var

Hindistanda zavodda partlayış olub: 5 ölü, 11 yaralı var Hadisə Dindivanam şəhərində baş verib
Digər ölkələr
10 Oktyabr , 2016 12:06
Hindistanda zavodda partlayış olub: 5 ölü, 11 yaralı var

Bakı. 10 oktyabr. REPORT.AZ/ Hindistanın Tamil Nadu ştatında yerləşən pirotexnika zavodunda baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Dindivanam şəhərində baş verib. Hadisə zamanı zavodda təxminən 30 nəfər olub.

Yaralananlar ağır vəziyyətdə Puduçerri şəhər xəstəxanasına yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi